“Neftçi” “Sabah”ı məğlub edib

İDMAN
23:04 / 16.04.2022
1528

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Günün ikinci matçında "Neftçi" "Sabah"ı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Bəxtiyar Həsənalızadə 5-ci dəqiqədə avtoqol müəllifi olub.

Qələbə sayəsində xallarının sayını 44-ə çatdıran "Neftçi" ikinci, 32 xalı olan "Sabah" isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"i 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə "Qəbələ" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçəyə razılaşıb, "Qarabağ" isə "Şamaxı"nı darmadağın edib - 8:0.

0