Azərbaycan millisi Ermənistandakı yarışa qatılmayacaq

13:11 / 27.04.2022
1337

Azərbaycan Boks Federasiyasının (ABF) İdarə Heyətinin iclası keçirilib.

ABF-in Mətbuat Xidmətindən HİT.az-a verilən məlumata görə, yığıncaqda 21 - 31 mayda Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq kişi boksçular arasında Avropa çempionatında iştirak məsələsi müzakirə edilib.

Müzakirələr nəticəsində Beynəlxalq Boks Assosiasiyasına may ayında keçiriləcək seçkilər, idmançıların boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamlar nəzərə alınaraq may ayında Avropa çempionatına qatılmamaq barədə qərar qəbul edilib.

0