Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqibləri bilindi

16:35 / 18.07.2022
781

İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının növbəti püşkatması keçirilib. 

HİT.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz "Qəbələ", "Neftçi" və "Zirə"nin mərhələ adlayacağı təqdirdə, potensial rəqibləri müəyyənləşib. 

Belə ki, "Zirə" II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

"Neftçi" II təsnifat mərhələsində Kipr "Aris"ini üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək və ilk matçını evdə keçirəcək.

“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq və ilk matç evdə olacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 4-ü və 11-də oynanılacaq.

0