Futbolda KÜTLƏVİ DAVA: 6 futbolçuya qırmızı kart verildi - VİDEO

İDMAN
21:55 / 27.11.2022
1925

Rusiya Kubokunun qrup mərhələsinin son tur matçı keçrilir

Hit.az xəbər verir ki, Sankt-Peterburqda keçirilən "Zenit” və “Spartak” oyunu zamanı futbolçular arasında kütləvi dava düşüb.

Belə ki, oyun bitdikdən sonra futbolçular Barrios və Nikolson arasında başlayan mübahisə kütləvi davaya çevrilib. Nəticədə, hər iki komandadan 6 futbolçuya qırmızı vərəqə göstərilib.

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Zenit” 4:2 hesabı iləqalib gəlib.

0