Ançelottinin "Real"dakı yerini bu məşqçilərdən biri tutacaq - ADLAR

İDMAN
01:10 / 27.12.2022
2398

Braziliya millisinə baş məşqçi təyin ediləcəyi deyilən Karlo Ançelottinin "Real Madrid"dəki yerini tuta biləcək mütəxəssislərin qısa siyahısı açıqlanıb.

Fanat.Az " El Nacional"a istinadən xəbər verir ki, İspaniya nəhənginin rəhbərliyi 5 məşqçini nəzərdən keçirir.

Bunlardan üçü - Raul Qonsales, Xabi Alonso və Alvaro Arbeloa "Real"ın sabiq futbolçularıdır. "Çelsi"dən ayrılandan sonra işsiz qalan Tomas Tuxellə "Bayern Münhen"in çalışdırıcısı Yulian Nagelsman isə digər adlardır.

Qeyd edək ki, 14 oyuna 35 xal toplayan "Real" hazırda İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədədir. "Kral klubu"nin əzəli rəqibi "Barselona" isə 37 xalla liderdir.

0