Əfsanəvi baş məşqçilərin adı İngiltərədə Şöhrət Zalına daxil edilib

İDMAN
18:17 / 29.03.2023
444

İngiltərədə daha iki şəxsin adı Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

Hit.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, bunlar əfsanəvi baş məşqçilər Ser Aleks Ferqyuson və Arsen Vengerdir.

Qeyd edək ki, Ferqyuson 13 dəfə "Mançester Yunayted"lə, Venger isə 3 dəfə "Arsenal"la ölkə çempionu olub. 2021-ci ildə açılan Şöhrət Zalına daha əvvəl bir neçə futbolçunun adı salınıb.

0