“Tirana”nın daha bir hücumçusu Azərbaycan klublarının maraq dairəsindədir

İDMAN
12:20 / 31.03.2023
446

Albaniyanın “Tirana” klubunun daha bir futbolçusu Florent Hasani Azərbaycan klublarının maraq dairəsindədir.

Hit.az xəbər verir ki, bu barədə yerli “Panorama” nəşri məlumat yayıb.

Bildirilib ki, qış fasiləsində “Qarabağ”a transfer olunan hücumçu Redon Cicadan sonra onun sabiq komanda yoldaşı Hasani də eyni marşrut üzrə hərəkət edə bilər. Azərbaycan və Türkiyə klublarının mövsümün sonunda 26 yaşlı forvardı heyətə cəlb etməyə çalışdıqları vurğulanıb.

Hasani hazırda “Tirana”nın ən bahalı futbolçusu hesab olunur. Albanlar onun transferindən minimum 400 000 avro gəlir əldə etməyi hədəfləyirlər.

Qeyd edək ki, “Tirana” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Florent Hasani cari mövsüm bütün turnirlərdə keçirdiyi 32 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə verib.

0