Bakı klubuna italiyalı baş məşqçi gətirildi

İDMAN
09:00 / 13.06.2024
454

"Milli Aviasiya Akademiyası" voleybol komandasının yeni baş məşqçisi məlum olub.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu italiyalı Covanni Torçio ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.

57 yaşlı mütəxəssisin son iş yeri Finlandiyanın "Hamenlinnan Lentopallokerho" komandası olub.

Qeyd edək ki, Covanni Torçio "Milli Aviasiya Akademiyası"nın baş məşqçisi postunda Vüqar Əliyevi əvəzləyib. Komanda ötən mövsüm V.Əliyevin rəhbərliyi altında beşinci olub.

0