Tarixin 2 oktyabrı...
Bu gün tarixin vərəqlərində 2 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə tarixdə qalıb.
2 oktyabr bir sıra görkəmli şəxsin doğum və ya vəfat günü kimi xatırlanır. Onu da qeyd edək ki, bu gün BMT tərəfindən elan olunmuş Beynəlxalq Qeyri-zorakılıq Günü, Qvineyada isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 2 oktyabrına nəzər salırıq.
2 oktyabrda baş verənlər:
1994-cü ildə Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun rəhbərliyi altında bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib. 1995-ci ildə Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələr qurulub. 2007-ci ildə “Xəzər TV” təsis edilib. 2016-cı ildə Roma papası Fransisk Azərbaycana rəsmi səfər edib. Həmçinin, 1944-cü ildə İkinci Dünya müharibəsi zamanı Almaniya qoşunları Varşava üsyanını yatırıb, 1958-ci ildə Qvineya Fransadan müstəqilliyini elan edib, 2018-ci ildə isə “Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.
2 oktyabrda doğulanlar:
1964-cü ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid baş leytenant Çingiz Babayev, 1891-ci ildə ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbov, 1933-cü ildə diplomat Sima Eyvazova və 1962-ci ildə, Əməkdar artist aktyor Elşən Şirəliyev dünyaya gəlib.
Həmçinin, 1470-ci ildə Portuqaliya kraliçası Araqonlu İzabella, 1616-cı ildə alman şair Andreas Qrifius, 1755-ci ildə amerikalı yazıçı Hanna Adams, 1852-ci ildə şotlandiyalı kimyaçı Vilyam Ramzay, 1869-cu ildə Hindistanın siyasi və mənəvi lideri Mahatma Qandi, 1904-cü ildə ingilis yazıçı Qrem Qrin, 1905-ci ildə yapon yazıçı Fumiko Ençi, 1928-ci ildə alman futbolçu Villi Tröger, 1948-ci ildə amerikalı modelyer Donna Karan, 1949-cu ildə amerikalı fotoqraf Enni Leybovitz, 1951-ci ildə ingilis müğənnisi Stinq, 1965-ci ildə türk-avstriyalı əkiz pianoçular Ferhan və Ferzan Öndər və 1976-cı ildə türk aktyor Cemal Hünal doğulub.
2 oktyabrda vəfat edənlər:
1803-cü ildə amerikalı siyasi xadim Samuel Adams, 1804-cü ildə buxar maşını ilə hərəkət edən ilk avtomobilin ixtiraçısı Nikola Jozef Künyo, 1853-cü ildə fransız riyaziyyatçı, fizik və astronom Fransua Araqo, 1965-ci ildə polşalı iqtisadçı Oskar Lanqe, 1968-ci ildə amerikalı və fransız rəssam Marsel Düşan, 1974-cü ildə rusiyalı yazıçı Vasili Şukşin, 2018-ci ildə Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçı və 2019-cu ildə gürcüstanlı bəstəkar Giya Kançeli dünyasını dəyişib.
Pərviz

