Türkiyənin 5 min 137 metr hündürlüklə ən yüksək zirvəsi hesab edilən Ağrı dağına fəslin ilk qarı ilə qarşılaşıb.
Hit.az xəbər verir ki, bölgədə hökm sürən yağışlı hava şəraiti dağlıq ərazilərdə yerini kəskin soyuqlar və yağıntıya təhvil verib.
Nəticədə zirvədən başlayaraq təxminən 3 min metr hündürlüyə qədər olan sahələr tamamilə ağ örtüklə örtülüb. Bölgə sakinləri tərəfindən qışın ilk rəsmi xəbərçisi kimi dəyərləndirilən bu təbiət hadisəsi Ağrı dağının ətrafında gözoxşayan və mənzərəli görüntülər formalaşdırıb. Qarın yağması ilə yüksək dağlıq ərazilərdə payızın soyuq nəfəsi daha kəskin hiss olunmağa başlayıb.
Pərviz


