“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Dinamo” Minskə qarşı keçirəcəyi cavab oyunu üçün Bolqarıstana yollanıb.
Hit.az xəbər verir ki, Bakı təmsilçisi artıq qarşılaşmanın təşkil olunacağı ölkəyə çatıb.Matç iyulun 30-da Stara Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da, yerli vaxtla isə 20:00-da başlayacaq. Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 2:4 hesabı ilə məğlub olub. Bakı təmsilçisinin mərhələ adlamaq üçün ən azı üç top fərqi ilə qalib gəlməlidir.







