Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

HADİSƏ
15:00 / 28.11.2026
45

Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxladığı velosiped oğurlanıb.

HİT.az-ın məlumatına görə, polisin keçirdiyi tədbirlərlə əməli törədən M.Xəlilzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.

Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.

0