Teleaparıcı: \"Zelenskinin nömrəsini xatirə kimi saxlayıram\"

19:32 / 15.09.2023
509

Teleaparıcı Evelina Bledans etiraf edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin telefon nömrəsi hələ də onda var.

HİT.az xəbər verir ki, aparıcı bu barədə aif.ru-ya danışıb.

Bledans deyib ki, kontaktında Zelenskinin mobil telefonunu görəndə əvvəlcə təəccüblənib. Lakin sonradan Ukrayna prezidentinin nömrəsini xatirə kimi saxlamağa qərar verib. O, nömrənin hələ də işlədiyinə əmin deyil.

"Ancaq birdən bu nömrəni hələ də işlətsə belə, əlbəttə ki, indiki reallıqlarda ona heç vaxt zəng etmədiyim aydındır", deyə teleulduz bildirib.

Bledans qeyd edib ki, o, Zelenskini “yaxşı aktyor" kimi tanıyır. Lakin onun fikrincə, indi Ukrayna prezidenti özünü “sanki başqa adam kimi” təqdim edir.

Samir

0