Aşıq Zülfiyyə yeni mövsümdə yaradıcılıq planlarından danışıb.
Aşıq Hit.az-a açıqlamasında bildirib ki, muğam ifaçısı Babək Niftəliyevlə yeni duet yazdırıb:
“Bir neçə mahnı yazdıracağıq, iranıram ki, tamaşaçılar bunu bəyənəcək. Bundan əlavə sözləri Aynur Qafarlı və musiqisi mənə aid oplan "Ay can-ay can" mahnısını yazdırdıq. Ümumilikdə 5-6 mahnı üzərində işlər gedir. İlin sonuna kimi bütün mahnılar tamaşaçılara təqdim olunacaq".
Aşıq Zülfiyyə “Bizim ocaq”dan da söz açıb:
“Sözlü-musiqili axşamlarımız keçir, tanınmış sənət adamları qonağımız olur. Gələn ildə artıq yay aylarında da işləyəcəyik”.
Azra