Fatma Mahmudovanın qızı nişanı qaytardı - "Bir oyun idi oynadıq, bitdi"

MAQAZİN
18:40 / 09.09.2026
41

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının toyu təxirə salınıb. 

"Unikal" xəbər verir ki, bu haqda "Şadlıq olsun" proqramında F.Mahmudova danışıb. Toyla bağlı suala aktrisa etiraz edib. O bildirib ki, nişan qayıdıb:

"Xahiş edirəm, Nigarın şəxsi həyatından danışmasınlar. Bu, mövzuya toxunmayın. Bir oyun idi oynadıq, bitdi getdi. Mən oynamadım, ümumilikdə oldu. Həyatımın faciəsi çox olub. Bu da bir faciə idi, bitdi".

0