Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun illər əvvəl böyük maraqla qarşılanan duet layihəsi yenidən gündəmə gəlib.
HİT.az axşam.az-a istinadən xəbər verir ki, Aygün Kazımova Namiq Qaraçuxurlu ilə birlikdə çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşaraq "Gəlirəm" sözlərini yazıb.
Aygün Kazımova paylaşımında sözügedən fotonun açıqlamasını sentyabrın 4-də verəcəyini bildirib.
Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlunun birgə ifaları uzun illər əvvəl oxunsa da hələ də gündəmdədir.


