Türkiyəli tanınmış aktyor Özgür Daniel Foster ekranlara qayıdır.
Hit.az xəbər verir ki, onun yeni layihəsi bəlli olub.
Aktyor “Susuz Yaz” serialında çəkiləcək. Sənətçi ekran işində “Murtaza” obrazına həyat verəcək. Adıçəkilən serial tezliklə “Kanal D”-də yayımlanmağa başlayacaq.
Qeyd edək ki, Özgür Daniel Foster “Aşk 101”, “Annemizi Saklarken” və “Muhtemel Aşk” kimi seriallarda çəkilib.
Pərviz

