Azər Aydəmir: "Bu qeyri-adi reklam idi"

MAQAZİN
15:10 / 21.02.2024
531

Bir neçə gündür Hikmət Rəhimovun quruluş verdiyi"Apatiya" filmi sosial şəbəkələrdə müzakirə olunur.

Film haqqında fikirlər birmənalı deyil.

Filmin təqdiman gecəsində onun PR işlərini aparmış aktyor Azər Aydəmirin qəribə davranışı da diqqət çəkib.

Belə ki, o təqdimat gecəsində sərxoş davranışlar sərgiləyib.

Sosial şəbəkələrdə Azərin qəsdən belə etdiyi,sərxoş rolunu pis oynadığı yazılıb.

Hit.az-a açıqlama verən aktyor belə deyib:

"Hamı mənim PR işimi tərifləyir,dəstəkləyir.Bu qeyri adi reklam idi.Sərxoş deyildim.Amma olsam da, bu kiməsə mane olmursa problem yaratmmalıdır.Əslində sərxoşu özüm inandırıcı oynamadım.Bunun nəyə xidmət etdiyi anlaşılsın deyə.Gələn dəfə həqiqətən sərxoş olacam,görək onda nə deyəcəklər".

Murad

0