Məşhur musiqiçidən qalmaqallı açıqlama: "Meyxanaçılar zövqləri korlayır" - VİDEO

MAQAZİN
20:46 / 10.04.2024
317

İnsan həyatındakı qadınla bağlı seçim edəndə ilk olaraq onun psixoloji durumuna baxıb qərar verməlidir. Bu əsas şərtlərdən biridir. O ki qaldı qadın nə istəyir sualına, bunun da cavabı var. Qadın qarşısında düzgün, xəyanətsiz ər istəyir. Hər zaman dostlarıma da bunu deyirəm ki, əgər sizi bir dəfə xəyanət üstündə tutsalar bilin ki, o qadında sevgi öldü. O sadəcə uşaqlarına görə sizin yanınızdadır və siz artıq onun gözündə ən alçaq adam olursunuz. Ona görə də belə şeylər etməyin. Mən 4 ildir 2-ci dəfə ailə qurmuşam. Ona xəyanət etməmişəm, etmirəm və heç vaxt da etməyəcəyəm. Sizə onu da deyim ki, bir kişinin xəyanət etməyi, daha çox onun xanımından asılıdır.

HİT.az xəbər verir ki, bu sözləri tanınmış musiqiçi, klarnet ustası Hüseyn Məhəmmədoğlu Azxeber.com-un "Gəl danış” layihəsində qonaq olarkən deyib. Musiqiçinin kişi xəyanətiylə bağlı suala verdiyi cavabı sosial mediada gündəm yaradıb.

"Əgər xanım həyat yoldaşına dəyər versə, onu qiymətli hiss etdirsə və qarşılığında kişi ona xəyanət etsə, demək o kişi dünyanın ən alçaq insanıdır. Mənim kişilərə bir tövsiyyəm var . Çox tez ailə qurmağa çalışmasınlar. Ailənin nə olduğunu dərk edib, ailə dəyərlərini biləndən sonra ailə qursunlar. Allaha şükür, mən onu gec də olsa tapmışam", - sənətçi vurğulayıb.

“Qadın mütləq çalışmalıdır” deyən klarnet ifaçısı, fikrini belə əsaslandırıb:

“Ailədə tək kişi önəmli deyil, qadına da dəyər vermək lazımdır. O da hansısa kişinin qızıdır. Ən asası insandır. Mən ümumiyyətlə qadına paltaryuyan gözü ilə baxmıram. O da bu həyatı doya-doya yaşamalıdır, həyatdan zövq almalıdır. Elə şeylər var ki, qadına onun üçün mütləq icazə verməlisən. Çox vaxt kişilər qadını çalışmağa qoymur. Mən bununla heç cürə razılaşa bilmirəm. Mən daha geniş fikirləşirəm. Bəlkə anidən öldüm. Mənim uşaqlarıma kim baxacaq? Mənə bir şey olsa, mənim işsiz olan uşaqlarımın anası nə edəcək?”.

0