Elməddin Cəfərov niyə yeni filmlərə çəkilmir? "Maliyyə problemləri..."

MAQAZİN
14:16 / 03.10.2024
83

Əvvəllər Azərbaycanda il ərzində bir çox film çəkilirdi. 

Bu filmlərin böyük əksəriyyəti isə komediya janrında olurdu. Həmin filmlərin bir çoxu uğurlu alınırdı. Hər dönəm günlərlə və həftələrlə kinoteatrlarda izlənilən yerli komediya filmlərini görürdük. Çünki onlara kifayət qədər böyük maraq olurdu. 

Xüsusilə Elməddin Cəfərov, Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyev kimi məşhur aktyorların çəkildiyi filmlər bir dönəmə damğa vurdu. Son illərdə isə ölkəmizdə komediya filmlərinin çəkilmədiyi müşahidə olunur. Hətta adıçəkilən məşhurları da filmlərdə görə bilmirik. 

Bəs buna səbəb nədir? 

Bu barədə məşhur aktyor Elməddin Cəfərov Hit.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda komediya janrında film çəkilişi dayanıb:

"Əvvəllər il ərzində ölkəmizdə 15-20 komediya filmi çəkilirdi. İndi isə il ərzində sadəcə 2-3 komediya filmi çəkilir. Bu da bizə çox pis təsir edir". 

Sənətçi maliyyə problemlərinə görə yeni film çəkə bilmədiklərini söyləyib:

"Əslində Orxan Mərdanovla hazırladığımız bir filmimiz var idi. Amma maliyyə problemləri yaşadıq. Yəni çəkməyə pul tapa bilmədik. Ona görə də təəssüf ki, hazırda yeni film barədə düşünmürük". 

Pərviz

0