Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü - FOTO

MAQAZİN
09:21 / 25.09.2026
54

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib.

HİT.az xəbər verir ki, “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb.

Keçmiş cütlük pit-leyn gəzintisi zamanı birlikdə görüntülənib.

Qeyd edək ki, Naomi iki il əvvəl də “Formula 1” oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Falvio "Alpine" komandasının rəhbəridir.

0