Həyatda uğur qazanmağın 4 yolu - Məşhur milyarderdən məsləhət

MARAQLI
12:12 / 05.07.2023
727

“Microsoft” texnologiya şirkətinin həmtəsisçisi, amerikalı milyarder Bill Qeyts insanlara həyatda şəxsi uğur əldə etmək üçün dörd məsləhət verib.

Hit.az bu barədə "Inc"ə istinadən xəbər verir.

“Özünüzü bu dünyada heç kimlə müqayisə etməyin. Bunu etsəniz, özünüzü təhqir etmiş olarsınız", deyə Qeyts bildirib. İş adamı hesab edir ki, özünü başqaları ilə müqayisə etmək gələcək inkişaf üçün tələdir. Bu, özünə şübhə və lazımsız narahatlığa səbəb olur.

Qeytsin ikinci tövsiyəsi səhvləri qiymətləndirmək və onlardan dərs almaqdır: "Müvəffəqiyyəti qeyd etmək gözəldir, lakin uğursuzluqdan öyrənmək daha vacibdir".

Milyarderin sözlərinə görə, uğur çox vaxt “hər şey və ya heç nə” kateqoriyasında qəbul edilir. Bu, uğursuzluq qorxusu yaradır və öz işlərində sınaq cəhdlərinə mane olur.

Qeyts həmçinin tövsiyə edib ki, insan öz həyatı üçün məsuliyyət daşımalıdır, o cümlədən şəxsi maliyyə müstəqilliyi məsələlərində: “Əgər kasıb doğulmusansa, bu sənin günahın deyil. Amma kasıb ölürsənsə, günah sənindir”.

İqtisadi çətinliklər və ya uşaqlıqda sosial çatışmazlıq səbəbindən yoxsulluq insanların şüurlu şəkildə etdiyi seçim deyil. Bununla belə, Qeyts əmindir ki, insanın həyatının trayektoriyasına gələcəkdə yoxsulluğun pis dairəsindən çıxmaq üçün qəbul edilən qərarlar əhəmiyyətli dərəcədə təsir edə bilər.

Qeytsin dördüncü məsləhəti həyatın uğurlu dövrlərində özündənrazılıq hissləri ilə mübarizə aparmağın vacibliyidir: “Uğur pis "müəllimdie". Bu, ağıllı insanları itirə bilməyəcəklərini düşünməyə sövq edir".

Sahibkar belə qənaətə gəlib ki, bu hiss özündənrazılığa, yeni şeylər sınamaq və daha da inkişaf etmək istəməməyə gətirib çıxarır. Bununla mübarizə aparmaq üçün insan yeni ideyaları təşviq etməli və riskli qərarlar qəbul etməkdən çəkinməməlidir.

Samir

0