7 ay sonra Yer kürəsində nə baş verəcək?- Maraqlı açıqlama

MARAQLI
17:54 / 22.05.2024
726

"Son zamanlar dünyada baş verən iqlim dəyişiklikləri, təbii fəlakətlər,mənəvi və maddi böhranlar Yer kürəsinin 12 min illik dövrünün başa çatması ilə bağlıdır. Bu dövrün adı Kali Yuladır və başa çatmasına cəmi 7 ay qalıb".

Bu fikri Hit.az-a  ekoloq, beynəlxalq Allatra təşkilatının üzvü Aydın Qədimov səsləndirib.

"Yer kürəsi böyük dəyişim keçir. Kainata ötürdüyümüz enerjini geri almaq dövrünə girmişik. İnsanlığı yalnız sevgi və mərhəmət xilas edə bilər. insan həm özünə, həm təbiətə inanılmaz dərəcədə böyük zərbələr vurub.Mənəvi transformasiya keçməsək, aydınlanmasaq , məhvə məhkumuq. 7 ay sonra bəşəriyyətin növbəti mənəvi kamilləşmə dövrü başa çatır. Bizi fəlakət yox, güclü dəyişim gözləyir. Yeni mərhələ daha işıqlı insanların mərhələsi olacaq"- deyən ekoloq bildirib ki,Yer kürəsinin hazırda iqlimlə savaşlar verməsi təsadüfi deyil. Biz hamımız bütöv təniətin parçalarıyıq,lakin özümüzü təbiətin hakimi kimi apardıq.Balansı pozduq.Ona görə bəşəriyyət birləşib həm özünü, həm təbiəti xilas eləməkidir. Başqa yol yoxdur, hər savaşda məğlub olan tərəf insandır", deyə o qeyd edib.

Murad

0