Bu gün tarixin vərəqlərində 25 maydayıq.
Hit.az bildirir ki, bu gün ölkə və dünya üçün bir sıra mühüm hadisələr baş verib.
Həmçinin, çox sayda görkəmli şəxsin doğum və vəfat etdiyi günə təsadüf edir. Bundan başqa, 25 may dünyada Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Dünya Futbol Günü kimi qeyd olunur. Eyni zamanda, 25 mayda İordaniyada Müstəqillik Günü, Livanda isə Qurtuluş Günüdür.
25 mayda baş verənlər:
1969-cu ildə M. F. Axundov adına Azərbaycan Dövlət Adademik Opera və Balet teatrında Qara Qarayevin “Leyli və Məcnun” baletinin premyerası keçirilib. 1977-ci ildə məşhur “Ulduz müharibələri” kinoteatrlarda ilk dəfə nümayiş olunub. 1992-ci ildə Azərbaycan-Türkiyə sərhədində Araz çayı üzərində Ümid körpüsünün açılış mərasimi olub. 2001-ci ildə “Şəfa” Azərbaycan Kubokunu qazanıb. 2008-ci ildə “Xəzər Lənkəran” Azərbaycan Kubokunu qazanıb. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına qoşulub. 2016-cı ildə “Qarabağ” Azərbaycan Kubokunu qazanıb.
5 mayda doğulanlar:
1976-cı ildə Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi Əfqan Abdurahmanov, 1934-cü ildə futbol hakimi Eldar Əzimzadə, 1950-cı ildə Xalq artisti, tarzən Zamiq Əliyev, 1955-ci ildə Xalq artisti, aktyor Ramiz Novruz, 1971-ci ildə Əməkdar artist, aktrisa Münəvvər Əliyeva, 1979-cu ildə müğənni Rəqsanə və 1989-cu ildə sabiq futbolçu Vaqif Cavadov dünyaya gəlib.
Dünyada isə 1803-cü ildə amerikalı yazıçı Ralf Uold Emerson, 1856-cı ildə slovakiyalı ixtiraçı Yan Bagil, 1939-cu ildə ingilis aktyor Yan MakKellen, 1941-ci ildə Moldovanın 3-cü prezidenti Vladimir Voronin, 1952-ci ildə Bolqarıstanın 3-cü prezidenti Pyotr Stoyanov doğulub.
5 mayda vəfat edənlər:
1085-ci ildə Roma papası VII Qriqori, 1917-ci ildə belaruslu şair Maksim Boqdanoviç, 1958-ci ildə türkiyəli deputat Fəxrəddin Ərdoğan, 2001-ci ildə kubalı fotoqraf Alberto Korda və 2021-ci ildə Milli Məclisin I, II, III çağırış deputatı Nizami Xudiyev vəfat edib.
Pərviz


