2026-cı ilin dekabr ayında dörd bürc üçün uğurlu və perspektivli dövr başlayacaq. Onlar yeni imkanlar əldə edə, karyeralarında irəliləyə, maliyyə vəziyyətlərini yaxşılaşdıra və şəxsi həyatlarında müsbət dəyişikliklərlə qarşılaşa bilərlər.
HİT.az xəbər verir ki, bu barədə astrologiya ilə bağlı proqnozda bildirilir.
Oxatan
Dekabr Oxatanlar üçün yeni imkanlar və şəxsi inkişaf ayı olacaq. Onlar əvvəllər yarımçıq qalmış planlara yenidən qayıda və qarşılarına çıxan fürsətlərdən yararlana biləcəklər. Ayın ilk üç həftəsində Günəşin bu bürcdə olması onların özünəinamını və ətrafdakılara təsir imkanlarını artıracaq. Karyera və maliyyə məsələlərində də irəliləyiş gözlənilir.
Şir
Şirlər üçün dekabr sevindirici hadisələr, yeni tanışlıqlar və diqqət mərkəzində olmaq baxımından əlverişli keçəcək. Bu dövrdə onların yaradıcılıq qabiliyyəti və inkişaf istəyi güclənəcək. Əvvəllər diqqətdən kənarda qalan imkanlar yenidən gündəmə gələ bilər. Köhnə ideyaları həyata keçirmək və gələcək üçün mühüm əlaqələr qurmaq üçün münasib zaman olacaq.
Oğlaq
Çətinliklərlə dolu dövrdən sonra Oğlaqlar dekabrda işlərinin yoluna düşdüyünü hiss edə bilərlər. Planetlərin mövqeyi onların təhsil, səyahət və uzunmüddətli planlarına müsbət təsir göstərəcək. Ayın ikinci yarısında özlərinəinamları artacaq, ailə və evlə bağlı uzanan məsələlərin həlli üçün imkan yaranacaq. Dekabrın sonlarına doğru münasibətlərdə də dəstək və layiqli qiymətləndirilmə ön plana çıxacaq.
Balıqlar
Balıqlar üçün dekabr iş, maliyyə və şəxsi həyatda yeni perspektivlər vəd edir. Bu bürcün nümayəndələri gəlirləri ilə bağlı məsələlərdə aydınlıq əldə edə, peşəkar fəaliyyətlərində yeni addımlar ata bilərlər. Ayın əvvəlindən etibarən romantik münasibətlərə və səyahətlərə maraq arta bilər. Dekabrın ikinci yarısında yeni tanışlıqlar, dostlarla görüşlər və xoş hadisələr gündəmə gələcək.
Samir


