Tarixin 29 iyunu...

MARAQLI
15:00 / 29.06.2026
163

Bu gün tarixin vərəqlərində 29 iyundayıq.

Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm hadisələr baş verib.

Bu gün bir çox görkəmli şəxsin doğum, bəzilərinin isə vəfat etdiyi gündür. 29 iyun həmçinin Niderlandda Veteranlar Günü, Seyşel adalarında isə Milli Gün kimi qeyd olunur. Beləliklə, tarixin 29 iyununa nəzər salırıq...

29 iyunda baş verənlər:
1992-ci ildə Azərbaycan və Yeni Zelandiya arasında diplomatik əlaqələr qurulub. 2011-ci ildə Bakıda “Dərnəgül” metrostansiyasının açılışı olub.

1958-ci ildə Braziliya milli futbol komandası FİFA Dünya Kubokunu qazanıb. 1986-cı ildə isə Argentina milli futbol komandası FİFA Dünya Kubokunda çempion olub. 1997-ci ildə də Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 2007-ci ildə “Apple” şirkətin ilk mobil telefonu olan “iPhone” modelini buraxıb. 2008-ci ildə İspaniya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.

29 iyunda doğulanlar:
1954-cü ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Elxan Zülfüqarov, 1994-cü ildə Vətən müharibəsi şəhidi, Orxan Quluzadə, 1958-ci ildə Əməkdar artist, aktyor Elçin Həmidov, 1975-ci ildə repçi Hüseyn Dərya və 1979-cu ildə müğənni Nuri Sərinləndirici dünyaya gəlib. 

1326-cı ildə Osmanlı sultanı I Murad, 1482-ci ildə Portuqaliya kraliçası Araqonlu Mariya, 1849-cu ildə Rusiya baş naziri Sergey Vitte, 1879-cu ildə macar yazıçı Jiqmond Morits, 1894-cü ildə gürcü şair Paolo Yaşvili, 1900-cü ildə fransız yazıçı Antuan de Sent-Ekzüperi, 1911-ci ildə amerikalı bəstəkar Bernard Herrmann və 1957-ci ildə Türkmənistanın 2-ci prezidenti Qurbanqulu Berdiməhəmmədov doğulub. 

29 iyunda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Kamil Nəsibov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 

1969-cu ildə yazıçı, şair Əli Kərim, 2002-ci ildə Əməkdar incəsənət xadimi, skripka ifaçısı Rauf Adıgözəlov, 2011-ci ildə Xalq rəssamı Kamil Nəcəfzadə, 1875-ci ildə Avstriya imperatoru I Ferdinand, 2003-cü ildə amerikalı aktrisa Ketrin Hepbern və 2020-ci ildə amerikalı aktyor Karl Rayner vəfat edib.

Pərviz

0