Tarixin 27 iyulu...

MARAQLI
16:30 / 27.07.2026
38

Bu gün tarixin vərəqlərində 27 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün bir çox tarixi hadisə ilə yadda qalıb.

Həmçinin, 27 iyul bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da əlavə edək ki, bu gün ABŞ-də Milli Şotland Günü və Milli Koreya Müharibəsi Veteranları Atəşkəs Günü, Şimali Koreyada Böyük Vətən Qurtuluş Müharibəsində Qələbə Günü, Ukraynada isə Tibb İşçiləri Günüdür. Beləliklə, tarixin 27 iyuluna nəzər salırıq.

27 iyulda baş verənlər:
1898-ci ildə Bibiheybətdə neft fontanı yanğını baş verib. 2014-cü ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüşlər olub. 2003-cü ildə Meksika milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb. 2012-ci ildə XXX Yay Olimpiya Oyunları Londonda keçirilib.

27 iyulda doğulanlar:
1976-cı ildə azərbaycanlı sabiq futbolçu Zaur Ramazanov, 1835-ci ildə italyanlı şair Cozue Karduççi, 1870-ci ildə fransız rəssam Jan Peske, 1904-cü ildə sovet şahmatçısı Lüdmila Rudenko, 1904-cü ildə polşalı iqtisadçı Oskar Lanqe, 1924-cü ildə gürcüstanlı bəstəkar Otar Taktakişvili, 1929-cu ildə fransız sosioloq Jan Bodriyar, 1963-cü ildə honkonqlu aktyor Donni Yen, 1976-cı ildə niderlandlı futbolçu Fernando Riksen, 1983-cü ildə braziliyalı futbolçu Flavinyo, 1988-ci ildə fransız futbolçu Baqali Dabo və 1990-cı ildə avstraliyalı aktrisa İndiana Evans dünyaya gəlib.

27 iyulda vəfat edənlər:
1967-ci ildə kinorejissor Ramiz Əsgərov, 1991-ci ildə pianoçu Gülarə Əliyeva, 1992-ci ildə Xalq artisti, aktrisa Nəcəfə Məlikova, 1992-ci ildə opera müğənnisi Sürəyya Qacar və 2007-ci ildə dövlət xadimi, əməkdar elm xadimi Kamran Rəhimov dünyasını dəyişib.

Həmçinin, 1841-ci ildə rus şair Mixail Lermontov, 1844-cü ildə ingilis kimyaçı Con Dalton, 1971-ci ildə tayvanlı hərbi xadim Yulbars Xan, 1994-cü ildə cənubi afrikalı fotojurnalist Kevin Karter, 1995-ci ildə macarıstanlı bəstəkar Mikloş Roja və 2003-cü ildə amerikalı və böyük britaniyalı komediyaçı Bob Houp vəfat edib.

Pərviz

0