Bu gün tarixin vərəqlərində 28 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün çox sayda tarixi hadisə yaşanıb.
Eyni zamanda, 28 iyul bir sıra görkəmli şəxsin doğum və vəfat günü kimi də xatırlanır. Onu da qeyd edək ki, bu gün Farer adalarında Olavsyoka Günü, San-Marinoda Azadlıq Günü, BMT üzrə isə Ümumdünya Hepatit Günüdür. Beləliklə, tarixin 28 iyuluna nəzər salırıq.
28 iyulda baş verənlər:
1989-cu ildə Bakıda Vaqif Mustafazadənin ev-muzeyi açılıb. 1914-cü ildə Birinci Dünya müharibəsi başlayıb. 1928-ci ildə IX Yay Olimpiya Oyunları Amsterdamda, 1984-cü ildə isə XXIII Yay Olimpiya Oyunları Los-Ancelesdə keçirilib. 2013-cü ildə ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb.
28 iyulda doğulanlar:
1973-cü ildə Milli Qəhrəman, şəhid Roman Yusifov, 1927-ci ildə Xalq rəssamı Asəf Cəfərov, 1935-ci ildə Xalq artisti, bəstəkar Vasif Adıgözəlov və 1984-cü ildə voleybolçu Oksana Kurt doğulub.
Həmçinin, 1887-ci ildə amerikalı və fransız rəssam Marsel Düşan, 1923-cü ildə rus aktyor Vladimir Basov, 1929-cu ildə amerikalı birinci xanım Jaklin Kennedi, 1931-ci ildə rus geoloq Fərman Salmanov, 1938-ci ildə ispaniyalı futbolçu və baş məşqçi Luis Araqones, 1943-cü ildə ingilis musiqiçisi Riçard Rayt, 1954-cü ildə Venesuelanın sabiq prezidenti Uqo Çaves, 1979-cu ildə özbəkistanlı müğənni Şahzoda, 1983-cü ildə venesuelalı siyasətçi Xuan Quaydo, 1989-cu ildə belaruslu jurnalist və televiziya aparıcı Leyla İsmayılova və 1993-cü ildə ingilis futbolçusu Harri Keyn dünyaya gəlib.
28 iyulda vəfat edənlər:
1937-ci ildə bəstəkar Müslüm Maqomayev, 2013-cü ildə Xalq artisti, xanəndə Tələt Qasımov və 2014-cü ildə futbolçu və baş məşqçi Ələkbər Məmmədov dünyasını dəyişib.
Həmçinin, 1750-ci ildə alman bəstəkar İohann Sebastyan Bax, 1808-ci ildə Osmanlı sultanı III Səlim, 1818-ci ildə fransız riyaziyyatçı Qaspar Monj, 1844-cü ildə İtalya kralı Jozef Bonapart, 1866-cı ildə ingilis yazıçı, illüstrasiyaçı və alim Beatris Potter vəfat edib.
Pərviz


