Bu tarixlərdə doğulan insanlar təkcə görünüşləri ilə ətrafdakıların diqqətini cəlb edir

MARAQLI
23:34 / 29.07.2026
40

Astrologiyaya görə, ayın müəyyən günlərində doğulan insanlar xüsusi xarizma ilə seçilir və istənilən mühitdə asanlıqla diqqət mərkəzinə çevrilirlər. 

HİT.az xəbər verir ki, bu barədə "Times of India" yazır.

Astrologiya tərəfdarlarının fikrincə, bunun səbəbi hər doğum tarixinin müəyyən planetin təsiri altında olmasıdır.

Bu tarixlərin hamısını birləşdirən əsas xüsusiyyət isə səmimiyyət və daxili saflıq hesab olunur.

1, 10, 19 və 28-də doğulanlar

Bu tarixlərdə doğulanların Günəşin təsiri altında olduqları bildirilir. Astrologiyaya görə, onlar özünəinamlı, müstəqil və uğura can atan insanlar kimi xarakterizə olunur. Təbii liderlik qabiliyyətləri və güclü enerjiləri sayəsində ətrafdakılara ilham verə bildikləri iddia edilir.

2, 11, 20 və 29-da doğulanlar

Bu tarixlər Ayın təsiri ilə əlaqələndirilir. Astrologiyaya görə, həmin insanlar yaradıcılıq, emosionallıq və güclü intuisiya ilə seçilirlər. Onların səmimi hisslərini açıq şəkildə ifadə etmələri və xüsusi enerjiyə malik olmaları qeyd edilir.

6, 15 və 24-də doğulanlar

Bu tarixlər Veneranın təsiri altında hesab olunur. Astrologiyaya görə, belə insanlar diqqəti məqsədli şəkildə deyil, qayğıkeşliyi, səxavəti və mehriban xarakteri ilə cəlb edirlər. Məhz bu xüsusiyyətlər onların ətrafdakılar tərəfindən sevilməsinə səbəb olur.

Bundan əvvəl numerologiya tərəfdarları 1, 10, 19, 28, 8, 17, 26, 3, 12, 21, 30, eləcə də 5, 14 və 23-cü günlərdə doğulan insanların maddi uğur qazanmaq ehtimalının daha yüksək olduğunu iddia etmişdilər. Bu fikirlər də elmi əsaslara deyil, numeroloji inanclara söykənir.

Samir
 

0