Bu gün tarixin vərəqlərində 29 iyuldayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
29 iyul bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Həmçinin, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Pələng Günü, Ruminiyada isə Milli Himn Günüdür. Beləliklə, tarixin 29 iyuluna nəzər salırıq.
29 iyulda baş verənlər:
1836-cı ildə Parisdə Zəfər tağının açılış mərasimi keçirilib. 1948-ci ildə XIV Yay Olimpiya Oyunları Londonda keçirilib. 1957-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsis olunub. 1958-ci ildə ABŞ Prezidenti Duayt Eyzenhauer Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsini (NASA) yaradan Milli Aeronavtika və Kosmos Aktını imzalayıb. 2001-ci ildə Kolumbiya milli futbol komandası Amerika Kubokunu qazanıb.
29 iyulda doğulanlar:
1924-cü ildə aktyor Əşrəf Quliyev və 1939-cu ildə aktyor Əli Haqverdiyev doğulub.
Həmçinin, 1817-ci ildə rus rəssam İvan Ayvazovski, 1841-ci ildə fransız mühəndis Anri Fayol, 1883-cü ildə İtalyanın sabiq rəhbəri Benito Mussolini, 1887-ci ildə yapon diplomat Mamoru Şiqemitsu, 1897-ci ildə gürcüstanlı yazıçı Rajden Qvetadze, 1905-ci ildə isveçli iqtisadçı və diplomat Daq Hammarşeld, 1925-ci ildə yunanıstanlı bəstəkar Mikis Teodorakis və 1992-ci ildə fransız futbolçusu Cibril Sidibe dünyaya gəlib.
29 iyulda vəfat edənlər:
2002-ci ildə pambıqçı Fatma İmamquliyeva və 2018-ci ildə sabiq deputat Məryəm Həsənova dünyasını dəyişib.
Həmçinin, 1644-cü ildə Roma papası VIII Urban, 1856-cı ildə alman bəstəkar Robert Şuman, 1890-cı ildə niderlandlı rəssam Vinsent van Qoq, 1900-cü ildə İtalyan kralı I Umberto, 1951-ci ildə türkiyəli sabiq futbolçu, “Qalatasaray”ın qurucusu Ali Sami Yen, 1974-cü ildə alman yazıçı Erix Kestner, 1994-cü ildə gürcüstanlı şair Qriqol Abaşidze və 1999-cu ildə ukraynalı opera müğənnisi Anatoli Solovyanenko vəfat edib.
Pərviz


