Tarixin 30 iyulu...

MARAQLI
15:30 / 30.07.2026
145

Bu gün tarixin vərəqlərində 30 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

30 iyul bir sıra görkəmli şəxsin doğum, eləcə də vəfat günü xatırlanır. Bu gün bir çox ölkədə Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimidür. Həmçinin, bu gün Cənubi Sudanda Şəhidlər Günü, Vanuatuda Müstəqillik Günü, BMT üzrə isə Beynəlxalq Dostluq Günüdür. Beləliklə, tarixin 30 iyuluna nəzər salırıq.

30 iyulda baş verənlər:
2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında cüdoçu İrina Kindzerskaya bürünc medal qazanıb. 1930-cu ildə Uruqvay milli futbol komandası Dünya Kubokunu qazanıb. 1932-ci ildə X Yay Olimpiya Oyunları Los-Ancelesdə keçirilib. 1966-cı ildə İngiltərə milli futbol komandası Dünya Kubokunu qazanıb. 1980-ci ildə isə Vanuatu müstəqillik qazanıb.

30 iyulda doğulanlar:
1957-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Fəxrəddin Musayev və 1962-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Nadir Əliyev doğulub.

Həmçinin, 1982-ci ildə azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, 1863-cü ildə amerikalı sənayeçi və biznes maqnatı Henri Ford, 1868-ci ildə alman iqtisadçısı Alfred Veber, 1914-cü ildə alman aktrisası Elisabet Şerer, 1941-ci ildə amerikalı və kanadalı müğənni Pol Anka, 1947-ci ildə amerikalı və avstriyalı aktyor Arnold Şvartsenegger, 1948-ci ildə fransız aktyor Jan Reno, 1970-ci ildə amerikalı və böyük britaniyalı kinorejissor Kristofer Nolan, 1973-cü ildə türkiyəli futbolçu və baş məşqçi Ümit Davala, 1993-cü ildə portuqaliyalı futbolçu Andre Qomeş dünyaya gəlib.

30 iyulda vəfat edənlər:
1925-ci ildə general-mayor Firudin bəy Vəzirov, 2015-ci ildə Xalq artisti, aktrisa Sofiya Hüseynova və 2018-ci ildə Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə dünyasını dəyişib.

Həmçinin, 1912-ci ildə Yaponiyalı imperatoru Meyci, 1945-ci ildə sovet fotoqrafı Qriqori Lemberq, 1965-ci ildə yaponiyalı yazıçı Cuniçiro Tanizaki, 2007-ci ildə isveçli kinorejissor İnqmar Berqman və 2007-ci ildə italyalı kinorejissor Mikelancelo Antonioni vəfat edib.

Pərviz

0