Tarixin 31 iyulu...

MARAQLI
15:30 / 31.07.2026
151

Bu gün tarixin vərəqlərində 31 iyuldayıq.

Hit.az xəbər verir ki, bu tarixdə sıra mühüm hadisələr baş verib.

31 iyul bir sıra görkəmli şəxsin dünyaya gəldiyi gündür. Həmçinin, bəzi tarixi şəxslərin də dünyadan köçdüyü gün 31 iyula təsadüf edir. Onu da qeyd edək ki, bu gün Malayziyada Döyüşçülər Günü, Polşada isə Xəzinə Günüdür. Beləliklə, tarixin 31 iyuluna nəzər salırıq.

31 iyulda baş verənlər:
1917-ci ildə Birinci Dünya müharibəsi zamanı Üçüncü İpr döyüşü Belçikanın Qərbi Flandriyadakı İpr yaxınlığında başlayıb. 1932-ci ildə Almaniya Milli Sosialist Fəhlə Partiyası (Nasistlər) parlamentdə 230 yer qazanaraq birinci partiya olub. 2024-cü ildə HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün getdiyi Tehranda sui-qəsd nəticəsində öldürülüb.

31 iyulda doğulanlar:
1960-cı ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Yevgeni Karlov, 1926-cı ildə alim, professor Midhəd Abbasov, 1954-cü ildə Xalq artisti, aktyor Cahangir Novruzov və 1977-ci ildə meyxanaçı Aydın Xırdalanlı doğulub.

Həmçinin, 1901-ci ildə fransız rəssam və heykəltəraş Jan Dübüffe, 1912-ci ildə özbəkistanlı geoloq Həbib Abdullayev, 1914-cü ildə fransız aktyor Lui de Fünes, 1935-ci ildə italyalı dizayner Sergio Rossi, 1937-ci ildə rus müğənni Edita Pyexa, 1962-ci ildə amerikalı aktyor Uesli Snayps, 1966-cı ildə litvalı futbolçu və baş məşqçi Valdas İvanauskas və 1995-ci ildə amerikalı repçi Lil Uzi Vert dünyaya gəlib.

31 iyulda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Əsəd Əhmədov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1992-ci ildə dövlət xadimi, professor Ənvər Əlixanov, 1849-cu ildə macarıstanlı şair Şandor Petöfi, 1875-ci ildə ABŞ-nin 17-ci prezidenti Endrü Conson, 1944-cü ildə fransız yazıçı Antuan de Sent-Ekzüperi, 1986-cı ildə yaponiyalı diplomat Çiune Suqihara, 2009-cu ildə ingilis futbolçusu və baş məşqçisi Bobbi Robson, 2012-ci ildə amerikalı yazıçı Qor Vidal, 2016-cı ildə amerikalı riyaziyyatçı Seymur Peypert və 2017-ci ildə fransız aktrisa Janna Moro vəfat edib.

Pərviz

0