Tarixin 13 oktyabrı...

MARAQLI
10:30 / 13.10.2026
204

Bu gün tarixin vərəqlərində 13 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

13 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Bundan başqa, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Azərbaycanda Dəmiryolu İşçilərinin Peşə Bayramı Günü, Burundidə isə Rvaqasore Günü kimi qeyd olunur. Beləliklə, tarixin 13 oktyabrına nəzər salırıq.

13 oktyabrda baş verənlər:
1492-ci ildə Xristofor Kolumb Baham adalarında yerli əhali tərəfindən Quanahani adlandırılan bir adaya eniş edib və oranı San Salvador adlandırıb. 1773-cü ildə fransız astronomu Çarlz Messier Burulğan Qalaktikasını kəşf edib. 1775-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri yaradılıb. 1792-ci ildə ABŞ-də Ağ Evin təməli qoyulub. 1921-ci ildə Türkiyə və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası arasında tarixi Qars müqaviləsi imzalanıb. 1946-cı ildə Fransada Dördüncü Respublikanın Konstitusiyası qəbul edilib.

13 oktyabrda doğulanlar:
1912-ci ildə kinorejissor Hüseyn Seyidzadə, 1938-ci ildə aktyor Hamlet Qurbanov, 1940-cı ildə əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq, 1969-cu ildə sabiq futbolçu və baş məşqçi Lev Mayorov dünyaya gəlib.

Həmçinin, 1499-cu ildə Fransa kraliçası Fransalı Klod, 1821-ci ildə alman həkim Virxov Rudolf, 1869-cu ildə gürcüstanlı dirijor İvan Paliaşvili, 1921-ci ildə fransız müğənni İv Montan, 1925-ci ildə Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer, 1927-ci ildə Türkiyənin 8-ci prezidenti Turqut Özal, 1942-ci ildə türk aktyor Aykut Oray, 1949-cu ildə türk aktyor Tarık Akan, 1962-ci ildə amerikalı aktrisa Kelli Preston, 1968-ci ildə ispan opera müğənnisi Karlos Marin doğulub.

13 oktyabrda vəfat edənlər:
1937-ci ildə yazıçı, ədəbiyyatşünas, professor Vəli Xuluflu, 1996-cı ildə xalq rəssamı Elmira Şahtaxtinskaya və 2019-cu ildə dahi şərqşünas alim, professor Vasim Məmmədəliyev dünyasını dəyişib.

Həmçinin, 1987-ci ildə amerikalı fizik Valter Hauser Brattain, 1994-cü ildə türk rəssam və heykəltəraş Səlim Turan, 2008-ci ildə fransız aktyor, 2011-ci ildə türk güləşçi Həsən Güngör, 2014-cü ildə amerikalı aktrisa Elizabet Norment, 2017-ci ildə Madaqaskarın 6-cı prezidenti Albert Zafi, 2022-ci ildə yunan sabiq futbolçu və baş məşqçi Stavros Sarafis vəfat edib.

Pərviz

0