Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək.
Hit.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa “Slaviya”sını qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idarə edəcəklər.
Qeyd edək ki, ilk turda “Sabah” səfərdə “Mançester Yunayted”ə (0:4), “Slaviya” isə öz meydanında “Lans”a (2:3) uduzub.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. “Sabah” (Azərbaycan) - “Slaviya” (Çexiya)
Hakimlər: Sebastian Qishamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann, Alan Kiyas (VAR), Josef Spurni (AVAR)
Bakı Olimpiya Stadionu


