Türkiyəli məşhur aktrisa Eda Ece son açıqlamaları ilə diqqət mərkəzinə düşüb.
Hit.az xəbər verir ki, 36 yaşlı oyunçu bəzi səhnələrə çəkilməyi rədd etdiyini etiraf edib.
O, öpüşmə və açıq səhnələrə çəkilmək istəmədiyini söyləyib:
“Öpüşmə və ya açıq-saçıq səhnələrə çəkilmirəm. Eyni zamanda, açıq-saçıq geyimlər də geyinmirəm. Bu şeylərə diqqət yetirirəm. Evləndikdən və ana olandan sonra bunlara daha çox diqqət yetirməyə başladım. Bundan əvvəl isə bu cür obrazları canlandırmırdım və həmişə televiziyada olduğum üçün televiziyada da bu cür şeylər yox idi. Amma olsaydı belə, artıq onları etmirəm”.
Qeyd edək ki, gözəl aktrisa hazırda reytinqləri alt-üst edən “Tuzlu Kahve” serialında çəkilir.
Pərviz

