AFFA “Neftçi”ni 5 min cərimələdi

İDMAN
11:25 / 13.10.2026
158

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Hit.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000 manat cərimə edilib. “Neftçi”– “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.

Oyunda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700 manat cərimə edilib. "İmişli”– “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimə edilib.

0