Azərbaycanda avtomobil körpüdən aşıb, xəsarət alan var

ÖLKƏ
21:22 / 31.07.2020
1065

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Poylu kənd yolunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, Ağstafa rayon sakini, 1973-cü il təvəllüdlü Elçin Qəmbərov xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.

0