Kəşfiyyatdan zərbəyədək: Düşmənin kabusuna çevrilən ölüm tilsimi - VİDEO

HƏRBİ
21:56 / 26.06.2026
48

Bu gün 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür. Artıq altı ildir ki, Silahlı Qüvvələrimiz bu günü qalib ölkənin qalib ordusu kimi qeyd edir. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri xüsusi qəhrəmanlıq göstərərək 30 ildən artıq işğal altında alan torpaqlarımızı düşmən tapdağından azad etdi, ərazi bütövlüyünün bərpasına imza atdı.

Silahlı Qüvvələr Günü ilə əlaqədar hazırladığımız videoreportajda pilotsuz uçuş aparatlarının (PUA) İdarəetmə Mərkəzinin fəaliyyəti, burada həyata keçirilən proseslər və müasir PUA-ların texniki imkanları barədə maraqlandıq.

Reportaj zamanı pilotsuz uçuş aparatlarının idarə olunması, uçuşların planlaşdırılması, məlumatların real vaxt rejimində qəbulu və emalı prosesləri nümayiş etdirildi. Vətən müharibəsində düşmən hədəfinin düzgün nişan alınaraq məhv edilməsində xüsusi rolu olan, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilən "Bayraktar" PUA-sı barədə məlumat verən mütəxəssislər bu dronların uçuş məsafəsi, havada qalma müddəti, müşahidə imkanları və müxtəlif tapşırıqların icrasında oynadığı rol barədə məlumat veriblər.

Müasir döyüş və təhlükəsizlik sistemlərinin ayrılmaz hissəsinə çevrilən pilotsuz uçuş aparatları Silahlı Qüvvələrimizin operativ fəaliyyətinin və müdafiə imkanlarının gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Oxu.Az xüsusi videoreportajını təqdim edir:

0