Bakıda maskalı oğrular - Onlar daha çox nə oğurlayır?

ÖLKƏ
11:19 / 01.08.2020
985

Bakıda tibbi maska taxaraq mağazalardan oğurluq edənlər peyda olub.

HİT.Az xəbər verir ki, son günlər artmaqda olan bu kimi oğurluq halları xüsusilə gündüz vaxtı, məhəlləarası mağaza və marketlərdə yaşanır.
Son iki gündə paytaxtın Bakıxanov qəsəbəsində mağazadan 5 dəfə oğurluq edildiyini deyən satıcı bildirib ki, eyni hal artıq neçənci dəfədir təkrar olunur.

Mağazalara tibbi maskasız buraxılmadığı üçün oğurluq edənlərin də kim olduğunu müəyyən etmək mümkün olmur.

Satıcının sözlərinə görə, oğrular daha çox enerji içkisi, spirtli içki və pul oğurlayır.

0