Buraxılış imtahanında maksimum bal toplayanların ADLARI AÇIQLANDI

ÖLKƏ
10:41 / 11.08.2020
1194

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarında maksimum nəticə göstərən abituriyentlərin adları açıqlandı.

Bu barədə HİT.Az-a DÖvlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. Onun sözlərinə görə, ən yüksək nəticə göstərənlərdən biri Lənkəran şəhəri, 10 saylı orta məktəbin 2019-cu il məzunu İsmayılzadə Mirənvər Nail oğlu, digəri isə Xırdalan şəhəri, 2 saylı tam orta məktəbin məzunu Orucova Balaqız Anar qızıdır.

Çingiz Səfərli

0