Karantinə görə cəzalandırılan vəkil açıqlama verdi

ÖLKƏ
20:15 / 18.08.2020
721

“Mən heç bir karantin qaydasını pozmamışam. İnzibati qaydada həbs olunmağım tam əsassızdır və vəkillik fəaliyyətimə görə təzyiqdir”.

HİT.Az xəbər verir ki, Bunu “Report”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Elçin Nadirov deyib.

O, iyul ayında İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsinə əsasən 1 ay müddətinə inzibati həbslə cəzalandırılıb.

Vəkil hesab edir ki, bu həbsin əsl səbəbi onun vəkil kimi çıxdığı işlərlə bağlıdır.

E.Nadirov əlavə edir ki, inzibati həbs cəzasının əsassız verilməsi ilə bağlı hüququ müstəvidə və Azərbaycan qanunvericiliyinin imkan verdiyi həddə bütün vasitələrdən istifadə edəcək:

“Hüququ müstəvidə həm təzminat almağa, həm də qanunsuz həbs edən polis bölməsini və əsassız qərar verilən hakimi cəzalandırmağa nail olmağa çalışacağam”.

Vəkil bildirir ki, inzibati həbs dövründə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən heç bir qanunsuzluqla rastlaşmayıb.

0