Zaur Kamal Xəzər televiziyasından getməyəcək? - Açıqlama

ÖLKƏ
21:20 / 03.09.2020
1458

Aparıcı Zaur Kamal fəaliyyətini Xəzər televiziyasında davam etdirəcək.

Bu barədə 5/5 verilişinin prodüseri Əhməd məlumat verib.

Onun sözlərinə görə, Zaur Kamal Dalğa TV-də yox, Xəzər TV-də veriliş aparacaq: “Yeni layihə üzərində işləyirik. Zaur Kamal yeni mövsümdə efirə çıxacaq. Amma verilişin adı və formatı haqda açıqlama verə bilmərik”.

Xatırladaq ki, Zaur Kamalın Dalğa TV-də fəaliyyət göstərəcəyi haqda xəbər yayılmışdı.

Qeyd edək ki, Zaur Kamal Xəzər TV-də yayımlanan “5/5” və “Ay Zaur” verilişinin aparıcısı olub.

0
Pravda.az