Koronavirusla bağlı müəmmalı təqdimat - Baş infeksionistdən açıqlama

ÖLKƏ
18:48 / 03.09.2020
1149

Amerikalı mütəxəssislər COVİD 19-la bağlı maraqlı informasiya yayıblar.

Məlum olub ki, iyul ayında ABŞ-ın Nyu-York, Nevada və Massaçusetts ştatında yeni növ koronavirusa yoluxduğu aşkar edilən insanların təxminən yüzdə 90-da demək olar ki, virus yükü 0-a bərabər olub. Mütəxəssislər COVİD testi pozitiv çıxan həmin şəxslər üzərində apardıqları müayinələr nəticəsində açıqlayıblar ki, risk yaratmayan çox az miqdarda virus qalıb.

Bu məlumatla bağlı baş infeksionist Cəlal İsayev Milli.Az-a açıqlama verib:

"Burada bir şey var, biri var test pozitiv çıxıb, heç bir kliniki əlamət yoxdur, biri də var xəstələnib, testi də pozitiv çıxıb, sonra xəstəlikdən sağalıb. Bu nöqteyi nəzərdən fərqli ola bilər. Testi pozitiv çıxıb, sağalanlar arasında əgər bu nəticə əldə edilibsə, virus yükü azalıb, yox olub ki, sağalıb.

Başqa cür olmur. Bütün xəstəliklərdə elədir, bütün bakterial virus infeksiyalarında elədir, virus yükü azaldıqca insan sağalır. Sağalmanın müəyyən dövründə virus yükünün kəskin aşağı düşməsi müşahidə olunur, sonra da virus yox olur. Məsələn, bir xəstəliyə yoluxursan, sağalırsan, bakteriya yavaş-yavaş orqanizmdən xaric olur, o virus qalmır onda. Koronavirus da başqa adama yoluxanda həmin adamda da o proses yenidən təkrarlanır".

 

0
Milli.az