"Tələbə təqaüdlərinə "çörək pulu", "yemək pulu" adını vermək düzgün deyil" - EKSPERT

ÖLKƏ
17:02 / 04.09.2020
772

"Tələbələrə verilən bu vəsaitin çörəkpulu, yemək pulu adlandırılması təəssüf doğurur".

Bunu HİT.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Nazirlər Kabinetinin Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana aylıq 60 manat vəsait verilməsi nəzərdə tutulan qərar münasibət bildirərəkən deyib.

"Deyim ki, bu, tələbələri indidən ehsana öyrətmək kimi bir vasitədir. Əslində bu tip ali təhsil müəssisələri, o cümlədən İlahiyyat İnstitutu xüsusi təyinatlı təhsil müəssisələri hesab olunur. Burda təhsil alan tələbələr bir çox hallarda ümumi yox xüsusi əsaslarla təhsil alırlar. Tələbələrin də əksəriyyəti aztəminatlı ailələrin uşaqlarıdır. Son illərdə Bakı İslam İnstitutu olanda, indiki İlahiyyat İnstitutu olanda, ora qəbul olanların coğrafiyasına nəzər salanda görürdük ki, daha çox bölgələrdən gələn imkansız ailələrin uşaqları buranı seçir. Etiraf edək ki, Azərbaycan cəmiyyətində islamşünaslıq, dinşünaslıq ixtisasını seçmək o qədər də populyar deyil. Misal üçün qəbul imtahanlarında bu ixtisasları seçənlərin sayı ümumi III qrup üzrə abituriyentlərin sayının 20 faizi həcmindədir. Ona görə də bir çox ixtisaslar var ki, ora qəbul zamanı xüsusi hədəfləndirmə addımları atılır. Misal üçün Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olanda da yüklək bal toplamış abituriyentlərə 200-300 manat məbləğində əlavə həvəsləndirici ödənişlər həyata keçirilir. Amma bunun adını "çörəkpulu", "yemək xərci" qoymaq yanlışdır. Universitetdə adlı təqaüd mexanizmi tətbiq edilməlidir. Nəzərə alsaq ki, pandemiya vaxtında imkansız ailələrə dəstək olunur. Amma bunun adı belə olmalı deyil. Xüsusiadlı təqaüd olaraq verilsə, daha yaxşı olar. Məsələn, ADAU-da bu, kənd təsərrüfatı təqaüdü adlandırılır. Kifayət qədər şirnikləndirici, həvəsləndirici addımdır. Mən bunu müsbət qiymətləndirirəm. Tələbəyə dəstək əla addımdır. Buranı adətən azballı uşaqlar seçirdi və gələcək üçün də perspektiv vəd etmirdilər. Amma ən azından kimlərsə ödənişli başqa ixtisaslarda oxumaqdansa, bu yolla onlar daha yüksək bal toplayan abituriyentləri cəlb etmək istəyirlər". 

Çingiz Səfərli

0