Bakıda qəzada ölən kişinin yaxınları axtarılır - FOTO

ÖLKƏ
21:22 / 05.09.2020
689

Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən kişinin yaxınları axtarılır.

Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsindən verilən məlumata görə, bu il avqustun 11-də axşam saat 22:50-də Buzovna-Maştağa yolunda yol-nəqliyyat hadisəsi zamanı ölən 42-50 yaş arası kişinin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəkildəki şəxsi tanıyanlardan 050 500 06 68, 070 272 72 71 nömrələri ilə əlaqə saxlamaq xahiş olunur.

0