FHN-nin əməkdaşı faciəli şəkildə dünyasını dəyişdi

ÖLKƏ
16:13 / 06.09.2020
1953

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı faciəli şəkildə avtqəzada dünyasını dəyişib. Hadisə Xaçmaz-Xudat yolunun Çinarta kəndindən keçən hissəsində baş verib

Bədbəxt hadisə dünən gecə saatlarında olub.

Xaçmaz rayonu Palçıqoba kənd sakini 27 yaşlı FHN-nin əməkdaşı Alışov Səlim Natiq oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

FHN-nin əməkdaşı yaralı halda xəstəxanaya çatdırılsa da həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, hadisəni törədənin "Mercedes" markalı avtomobilin sürücüsü "Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi"nin Direktor müavini Vüqar Məmmədovun oğludur.

Hadisə araşdırılır.

1
Sputnik.az