Sentyabrın 13-də metro fəaliyyətə başlayacaqmı? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ
18:32 / 07.09.2020
1044

Mətbuatda Bakı metrosunun sentyabrın 13 və ya 14-ü açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin vaxt metro açılacaqmı, gediş haqqı nə qədər olacaq?

Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, mətbuatda sentyabrın 13-14-ü metronun açılacağı ilə bağlı xəbərlər getsə də hələ ki, bu barədə bizdə rəsmi, qeyri-rəsmi və şifahi heç bir məlumat yoxdur:

“Mən bilmirəm ki, bu xəbərlər hardan çıxır. Dəqiq bilirəm ki, bu xəbərlər Bakı Metropoliteni tərəfindən verilmir, çünki bizdə bu barədə heç bir məlumat yoxdur. Metronun hansı qaydalarla işləyəcəyi barəsində də hələ ki, bir söz deyilməyib. Qaydaları tətbiq etmək Operativ Qərargahın səlahiyyətindədir. Pandemiya əlaqədar hansı tədbirləri görməliyik, metodiki göstərişlərə əlavələrin olub-olmayacağı ilə bağlı bizə heç bir informasiyadaxil olmayıb. Biz sadəcə gündəlik işimizi elə qururuq ki, nə vaxt qərar versələr, o zaman fəaliyyətə başlaya bilərik. Amma mətbuatda gəzən söz-söhbətlərin heç bir əsası yoxdur. Eləcə də gediş haqqının qaldırılması ilə bağlı iddialar da düz deyil, çünki belə qərar verilməyib”.

 

0
konkret.az