Əli İnsanovun köməkçisi həbs olundu - FOTO

18:20 / 07.09.2020
1095

Haqq və Ədalət Partiyası (HƏP) sədrinin köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.

HİT.Az Turan-a istinadən xəbər verir ki, bu barədə HƏP İdarə Heyətinin üzvü Babək Adıgözəlov məlumat verib. Bildirib ki, qərarı bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib.

0