Təhsil haqlarında dəyişiklik olacaq? - RƏSMİ

ÖLKƏ
16:58 / 11.09.2020
673


“Müəllimlərin distant təhsil verməsinə nəzarəti məktəb rəhbərliyi həyata keçirəcək”.

HİT.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, nəzəratlə əlaqəli nazirlik tərəfindən təlimatlar hazırlanır: “Şagirdlərin biliklərinin qiymətləndirilməsi prosesi olacağından müəllimlər daha diqqətli olmalıdır”.

Şöbə müdiri bildirib ki, yeni tədris ilində tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir.

0