Ermənilər Tərtəri niyə hədəfə alıb? 

ÖLKƏ
09:30 / 03.10.2020
750

Bu gün Silahlı Qüvvələrimiz Xankəndində düşmənə elə cəza verib ki, onlar da əlləri çatdığı şəhəri vururlar.

HİT.Az xəbər verir ki, bunu hərbi jurnalist Heydər Mirzə İTV-nin efirinə cəbhədən bağlantısı zamanı deyib.

Onun sözlərinə görə, cəbhə xətti irəli gedib, düşmən də uzaqmənzilli artilleriyadan istifadə edir.

“Amma biz əminik ki, bu, çox yaxın bir zamanda bitəcək. Bugünkü gün çox kritik gündür. Bu gün, sabah Ordumuzun əməliyyatları nəticəsində onların əlləri heç Tərtərə də çatmayacaq”, - jurnalist bildirib.

0